“Prezidentlərin görüşü ilə bağlı təkliflər masa üzərindədir” - Paskal Monye

SİYASƏT
17:35 14.11.2013
1020

Azərbaycan və Ermənistan prezidentləri uzun müddətdir görüşmürdülər. Bu görüş, nəhayət, yaxın vaxtlarda təşkil ediləcək.

AZXEBER.COM-un xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiriPaskal MonyeAzərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib.Onun sözlərinə görə, prezidentlərin görüşü ilə bağlı təkliflər masa üzərindədir:“Bu, yaxşı hazırlanmış bir görüş olmalıdır. Fransa ATƏT-in Minsk qrupu ölkəsi kimi ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər iki tərəf kompromisə gedəcək”.Səfir əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli üçün danışıqlar aparır:“Fransa da Minsk qrupunun üzvüdür. Öz tərəfimizdən olan bir səfir kimi deyə bilərəm ki, bu münaqişənin həlli yolunda aparılan danışıqlarda konfidensiallıq saxlanılır. Hər iki ölkənin prezidenti yenidən dövlət rəhbəri postuna seçilib.Onların qarşıdakı 5 ildə münaqişənin həlli ilə bağlı razılığa gəlmələri üçün kifayət qədər vaxtları olacaq. Ümid edirik ki, bu müddət ərzində hər iki prezident kompromisə gedərək münaqişənin həlli yolunu tapacaqlar”.

OXŞAR XƏBƏRLƏR