Professor Şəlalə Həsənovanın Zəngəzur tarixi haqqında kitabı ingilis dilində nəşr olunub

Professor Şəlalə Həsənovanın Zəngəzur tarixi haqqında kitabı ingilis dilində nəşr olunub
MƏDƏNİYYƏT
11:33 23.07.2024
1095
Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən "Zəngəzurun tarixi arxiv sənədlərinin fonunda etnoqrafik və geosiyasi reallıqları” layihəsi çərçivəsində "Historical and ethnographic panorama of Zangezur on the archive documents background” kitabı və Zəngəzur tarixi haqqında videoçarx hazırlanıb.

AZXEBER.COM xəbər verir ki, təqdimatda kitabın müəllifi, Bakı Slavyan Universitetinin professoru Əməkdar jurnalist Şəlalə Həsənova Zəngəzurun tarixi və etnoqrafik mənzərəsinin ingilis dilində işıqlandırılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, kitabda yer alan faktlar Rusiya, Gürcüstan və Ermənistanın milli arxivlərindən əldə edilən sənədlər əsasında əksini tapıb. Həmin faktlar Qərb siyasi və akademik dairələri üçün təkzibolunmaz elmi baza mənbəyidir.

Müəllif maliyyə dəstəyinə görə Mədəniyyət Nazirliyinə, kitabın hazırlanmasında əməyi olan redaktor-məsləhətçi, arxiv işinin bilicisi Rəzzaq Xansuvarova və tərcüməçi Məmməd Nəcəfzadəyə təşəkkürünü bildirib.

Kitabda Zəngəzurun ilkin inzibati dəyişikliklərinin göstərilməsi, türk mənşəli tayfaların, minbaşılıqların təsviri, köçürülmüş ermənilərin azərbaycanlılara qarşı əsassız məhkəmə iddiaları, Comərdli kəndi və Sisian mahalı haqqında maraqlı məlumatlar, 1832 və 1873-cü illərdə ermənilərin Zəngəzura köçürülməsi barədə məlumatlar yer alıb. Əzəli yurdumuz Zəngəzurda məskən salan azərbaycanlı yarımköçəri və oturaq tayfalar ilk dəfə olaraq bu kitabda işıqlandırılıb. Burada məskunlaşma ilə bağlı müxtəlif illərdə aparılan statistik nəticələr müqayisəli şəkildə təqdim olunub.

Nüfuzlu alimlərin, QHT nümayəndələrinin, media mənsublarının, ictimai fəalların, tələbə gənclərin iştirak etdikləri təqdimat mərasimində görkəmli tarixçi alimlərdən Firdovsiyyə Əhmədova, Cəbi Bəhramov, tanınmış jurnalist, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov, tədqiqatçılar Əli Abdullayev, Bəxtiyar Həsənov, vətəndaş cəmiyyətinin fəalları Rauf Zeyni, Bahar Qasımova, İradə Rizazadə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının müstəsna əhəmiyyətini, Qərbi Azərbaycan İcmasının formalaşmasının əzəli, dədə-baba torpaqlarımıza, Zəngəzura qayıdışa ümidləri artırdığını bir daha diqqətə çəkərək mövzunun aktuallığı, tarixi sənədlərin araşdırılmasının və ingilis dilində işıqlandırılmasının vacibliyi, kitabın xarici ölkələrdə yayılmasının əhəmiyyəti haqqında danışıblar.

Sonda Zəngəzur tarixi haqqında videoçarx nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq