PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq

PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq
İDMAN
18:59 11.08.2025
275
Fransanın PSJ klubunun futbolçusu Joau Neveş İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Superkuboku oyununu buraxacaq.

Buna 20 yaşlı yarımmüdafiəçinin klublararası dünya çempionatının finalında İngiltərənin "Çelsi" komandasına uduzduqları görüşdə qırmızı vərəqə alması səbəb olub.

Portuqaliyalı oyunçu bütün rəsmi yarışlara şamil edilən 2 matçlıq cəzanı çəkməlidir.

Qeyd edək ki, UEFA Superkuboku uğrunda oyun avqustun 13-də keçiriləcək. PSJ ötən mövsüm Çempionlar Liqasını, "Tottenhem" isə Avropa Liqasını qazanıb. Neveş Liqa 1-də isə "Nant"la görüşdə meydana çıxmayacaq.
 
\Report
OXŞAR XƏBƏRLƏR