PSJ "Real"ın hücumçusunu transfer etmək istəyir

PSJ "Real"ın hücumçusunu transfer etmək istəyir
İDMAN
23:17 22.04.2020
1764
"Real"ın hücumçusu Kərim Benzema ölkəsi Fransaya qayıda bilər.

PSJ ulduz futbolçunu transfer etməkdə maraqlıdır.

Paris təmsilçisi mövsümün sonunda komandanı tərk edəcək Edinson Kavaniyə ən layiqli əvəzləyici kimi məhz Benzemanı görür. Bu keçidin baş tutması çətin görünür. Çünki "Real"ın baş məşqçisi Zinəddin Zidan həmyerlisinə çox güvənir. Lakin "Tottenhem"dən Harri Keyn transfer edilərsə, Benzemanın gedişi maliyyə baxımından ispanlara kömək ola bilər.

Qeyd edək ki, 32 yaşlı forvard cari mövsüm 36 oyunda 19 qola imza atıb.
 
///Apasport.az 
OXŞAR XƏBƏRLƏR