Putin Müdafiə Nazirliyinin "Vaqner"ə necə dəstək verməsindən danışdı

Putin Müdafiə Nazirliyinin "Vaqner"ə necə dəstək verməsindən danışdı
DÜNYA
15:08 13.03.2024
135
Rusiya Federasiyasının prezdienti Vladimir Putin jurnalist Dmitri Kiselevlə söhbətində Müdafiə Nazirliyinin "Vaqner" xüsusi hərbi şirkətinə dəstəyindən danışıb.

Putin qeyd edib ki, Rusiyanın müdafiə departamenti "Vaqner"i rus qrupu olaraq dəstəkləyib, əlavə heç nə olmayıb. 

Rusiya dövlət başçısı həmçinin deyib ki, ölkəsi Afrikaya getməyib və Fransanı oradan sıxışdırmayıb:

"Afrika dövlətlərinin rəhbərləri özləri Moskva ilə əməkdaşlıq etmək istəyir. Ancaq problem başqadır. "Vaqner" qrupu əvvəlcə Suriyada bir sıra iqtisadi layihələr həyata keçirdi, sonra digər Afrika ölkələrinə keçdi”.
Bundan əlavə, Vladimir Putin Kiselevlə söhbətində Rusiyanın nüvə silahının nə vaxt istifadə oluna biləcəyindən də danışıb. Prezidentin sözlərinə görə, o, istifadə olunmaq üçün yaradılıb.
OXŞAR XƏBƏRLƏR