Putin Soçidə Rafael Qrossi ilə görüşdü - Bu məsələlər müzakirə olundu

Putin Soçidə Rafael Qrossi ilə görüşdü - Bu məsələlər müzakirə olundu
DÜNYA
12:53 07.03.2024
134
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, əhəmiyyətli görüşdə nüvə obyektlərinin vəziyyəti müzakirə olunub.

Putin Qrossi ilə görüşü zamanı mətbuata verdiyi açıqlamada Rusiyanın nüvə obyektlərinin təhlükəsizliyi üçün lazım olan bütün addımları atdığını bildirib.

Soçidəki görüşdə bütün məsələləri müzakirə etməyə hazır olduğunu bildirən Putin MAQATE ilə bir çox sahələrdə sıx əməkdaşlıq etdiklərini və bundan sonra da davam edəcəklərini vurğulayıb.

Qrossi isə gündəmdə həssas məsələlərin olduğunu və Putinlə görüşünün bu məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR