Putin: Ukraynalı əsirləri daşıyan təyyarə "Patriot" raketi ilə vurulub

Putin: Ukraynalı əsirləri daşıyan təyyarə "Patriot" raketi ilə vurulub
DÜNYA
11:31 01.02.2024
160
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, ukraynalı əsirləri daşıyan İl-76 nəqliyyat təyyarəsi "Patriot” raket sistemləri ilə vurulub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı əsirləri daşıyan İl-76 nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.

Rusiyada prezident seçkiləri öncəsi bəzi millət vəkilləri ilə görüşən Putin təyyarənin Belqorod vilayətində Ukrayna tərəfindən vurulduğunu bildirib:

"Təyyarə ABŞ istehsalı "Patriot” hava hücumundan müdafiə sistemi ilə vuruldu. Bu, mütləq təsbit edildi. Təyyarəni vuran raket Ukrayna administrasiyasının nəzarəti altında olan ərazidən buraxılıb".

Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında "İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb.

Ayşən
OXŞAR XƏBƏRLƏR