Qadını öldürdülər, evini “taladılar”, indi axtarışdadırlar

Qadını öldürdülər, evini “taladılar”, indi axtarışdadırlar
KRİMİNAL
14:06 25.10.2013
2479

Bakıda qadını öldürüb, evini qarət ediblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilib ki, paytaxtın S.Rəhimov küçəsində yerləşən mənzillərdən birində, 1965-ci il təvəllüdlü Sadıqova Nigar Məhərrəm qızının yaşadığı evdə meyiti tapılıb. Meyitə baxış keçirilərkən qadının küt alətlə öldürüldüyü məlum olub. Qətli törədən şəxslər daha sonra evi qarət ediblər. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR