Qadının yanına uzanıb 15 bıçaq vurdum” - Amansız qatilin etirafları

Qadının yanına uzanıb 15 bıçaq vurdum” - Amansız qatilin etirafları
KRİMİNAL
13:52 17.04.2018
6085
Aprelin əvvəlində Beyləqanda törədilən qətl hadisəsinin üstü açılıb.
 
AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, aprelin 3-də DİN-in "102 Zəng Mərkəzinə" Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb, digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. İsti izlərlə keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Rövşən Nəsirov (saxlanılan şəxs): "Həmin qadınla bir neçə dəfə əlaqəm olmuşdu. Tək qalırdı, evlərinə getdim. Uzananda mən də uzandım. 10-15 bıçaq vurub, evi soymaq istədim. 30 manat və sepi götürdüm".

Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb. Belə ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da həmyerlisi Kənan Məhərrəmovu Beyləqan şəhərində yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti basdırıldığı yerdən ekskumasiya edilib.

Rövşən Nəsirov: "Uzanıb üstünə, boğazına 8-9 bıçaq zərbəsi endirdim. Yarımtikili evin içərisində basdırdım".

Faktlarla bağlı cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
13:31 24.09.2025
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
13:29 24.09.2025
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
"Qız anası olmaq istəyirəm" - Nəfəs
13:01 24.09.2025
"Qız anası olmaq istəyirəm" - Nəfəs
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
12:57 24.09.2025
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
İlhamə Elşadqızına hökm oxundu
12:56 24.09.2025
İlhamə Elşadqızına hökm oxundu