Qadınlar arasında kredit borcuna görə bıçaqlanma

Qadınlar arasında kredit borcuna görə bıçaqlanma
SOSİAL
13:56 13.04.2016
2506
Bu gün səhər saatlarında Şəmkirin Dəllər qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Qəsəbə sakini, 35 yaşlı Ülviyyə Nəsibova hələlik şəxsiyyəti məlum olmayan qadın tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nayihələrindən yaralanan qadın, dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Yerli hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, Ülviyyə Nəsibovanın tanışı onu kredit borcu üstündə yaranan mübahisə zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.//kepeztv
OXŞAR XƏBƏRLƏR