ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb dindarın qadınlara bədənlərini tamamailə qapadacaq geyimlər geyinmələrini tələb etməsi olub. "Mehr" xəbər agentliyinə danışan din xadimi Hocatülislam Ali Beheşti hadisənin Şahmirzad adlı kənddə baş verdiyini deyib. O, qızlara nəzakətlə örtünmələrini dediyini, anaq bu sözlərdən sonra gözlərini xəstəxanada açdığını bildirib.“Namaza gedərkən qızları gördüm. Onlardan birinə doğru düzgün örtülməli olduğunu dedim. O da mənə "sən gözlərini bağla" dedi. Qız məni vurandan sonra nə baş verdiyini bilmədim. Sadəcə təpikləri hiss edir, təhqirləri eşidirdim”.Din xadimi 3 gün xəstəxanada qalsa da, qızlardan şikayəti olmadığını deyib. Ancaq Beheşti yerli prokurorluğun başladığı araşdırmaya etiraz etməyib. "Bu araşdırma İslami hicaba xidmət etdikcə, heç bir problem yoxdur".