Qadınların belə geyinməsi kişiləri cəzb edir

MARAQLI
13:29 26.12.2023
354
"Qadınlar qulaqları, kişilər isə gözləri ilə sevir. Kişilər üçün qadının baxımlı, zərif və gözəl olması çox önəmlidir. Qadınlarda belə bir şey yoxdur. Bu tip qadınlar aşiq ola bilirlər".

AZXEBER.COM xəbər verir ki, bu sözləri türkiyəli tanınmış psixoloq Adil Yıldırım deyib.
 
Onun sözlərinə görə, kişilər iki qrupa ayrılır: "Ağıllı kişilər” və "Hiyləgər” kişilər. 

Ağıllı kişilər duyğu yarada bilən, duyğunu ön plana qoyan, uzun müddətli münasibət axtaran və nə istədiyini bilən kişilərdir.Hiyləgər kişilər isə təkcə cinsəllik düşünən, qadını "keçici həvəs” gözündə görən kişilərdir. Bu tip kişilər qadından istədiyini alana kimi qadına təsir edə biləcək hər metoda əl atırlar. İstədiklərini aldıqdan və ya ümumiyyətlə ala bilməyəcəyini biləndən sonra ortadan yox olurlar. 

Bəs qadın necə geyinməlidir ki, kişi üçün vazkeçilməz olsun? 

"Hiyləgər” adlandırdığımız kişilər üçün qadının dekolte geyinməsi önəmlidir. Çünki ağlında qadını hansı obrazda gördüyü məlumdur. Ağıllı kişilər isə zərafətə və uyuma diqqət edirlər. Qırmızı rəng isə kişilərin dünyasında ən vazkeçilməz rəngdir. Bir qadının qırmızı geyinməsi qarşısındaki kişini asanlıqla özünə cəlb edə bilər.Həmçinin qadının bədənini tanıyıb və buna uyğun geyinə bilməsi də çox önəm daşıyır. Bədəninə nəyin yaraşdığını bilən zaman qadında özgüvən yaranır və bu duyğunu qarşı tərəfə ötürmüş ola bilir. Kişilərin ən çox qadında diqqət etdiyi şey əslində zərafətdir. Zərafət deyəndə gözünüzdə "Polyanna” obrazı canlanmasın. Zərafətə qadının bilək hərəkətləri, baxışları və ya boyun hərəkətləri daxildir. Bir sözlə qadın kişinin gözündə nəcib olmalıdır. Nəciblik əslində sadəlikdən keçir. Çox göstərişli donla, həddən artıq aksesuar istifadə etməyiniz sizin zərafətinizi poza bilər. 

Zərafət bir qadının kilosu ilə də əlaqəli deyil. Kilolu olması bir qadının şarmsız olması mənasına gəlmir. Və qadın doğru seçim edib geyindiyi geyimlə öz kilosunun ört-basdır etməyi bacara bilər. Duruş, baxış və incə gülümsəmə ilə qadın enerjisini ortaya qoya bilərsiniz. Bədən dili əsasdır. Bədən dilini düzgün istifadə etməklə danışmadan da çox söz demək mümkündür. 

Geyimlərimiz əslində bizim iç dünyamızı yansıdır?  

Geyim bizim necə görünmək istədiyimizin ifadəçisidir. Bir qadın üçün ən vacib amillərdən biri öz tərzini tapmasıdır. Bəzi qadınlar ancaq qara rəngdən istifadə edərlər və bu onlara çox yaraşar. Buna görə də nəyin sizə yaraşdığını tapmalısınız. Öz mənfi tərəflərinizi və müsbət tərəflərinizi tapmalısınız. Məsələn əgər mən keçələmsə bunu  öz tərzimdə papaqla dəyərləndirirəm. Özünü analiz etmək düzgün geyim seçimi etməkdə çox böyük rol oynayır. Bəzən çox arıq olub, onu ört-basdır etmək üçün nisbətən daha  boş paltarlar geyinmək mümkündür. Bəzən isə daha kilolu olub, bədənində görünməsini istəmədiyin bölgələri bağlamaq üçün boş paltarlar geyinə bilərsən.  

Bir qadın üçün çəkici olmaq yoxsa ağıllı olmaq daha önəmlidir? 

Ağıllı qadın olmaq daha önəmli olsa da, məsələyə kişi beyni ilə baxanda əksəriyyət üçün çəkici qadın olmaq daha önəm daşıyır. Kişilərin də bir olğunluq səviyyəsi var. O olğunluq səviyyəsinə çata bilən kişi üçün əlbəttə ki, qadının ağıllı olması daha önəmlidir. Çox vaxt kişilər bu olğunluğa 30-35 yaşlarında çatırlar. Yaşı az olan bir kişinin "mənim üçün əsas olan qadının ağıllı olmasıdır” fikrinə çox aldanmayın. Zövqlər də müxtəlifdir, təbii ki. Bir kişi üçün çəkici gələn xanım, başqa biri üçün çəkici olmaya bilər. Qadınlar da isə fərqlidir. Onlara əsas lolan kişinin nəvaziş göstərməsidir. Bir qadın yaraşıqlı olmayan  kişinin sırf xarakterinə də vurula bilər. Ona görə də " Qadınlar qulaqları, kişilər isə gözləri ilə sevir” 

Oksana

OXŞAR XƏBƏRLƏR