Qadınların kişilərdən istədiyi 10 şey

MARAQLI
23:55 26.03.2024
255
Hər kəsin asanlıqla kommunikasiya qurduğu dövrdə bəzən əks cinslərin bir-birini anlaması olduqca çətin olur. Əsasən də kişilər qadınları anlamaqda çətinlik çəkirlər. 

AZXEBER.COM xəbər verir ki, məşhur Türk psixoloqu Beyhan Budak öz "Youtube” səhifəsində qadınların kişilərdən gözlədiyi 10 şey haqqında məlumat verib. 

1- İlk olaraq, ən çox qadının istədiyi şey dinlənilməkdir. Bir sıxıntı və ya problemi olduğu halda heçnə demədən kişilərin qadınları dinləməsi və onların yanında olduğunu hiss etdirməsi ən təməl istəklərdən biridir. 

2- Dəstəklənmək. Qadınlar kişilərdən dəstəklənməyə ehtiyac duyurlar. Bu istər iş həyatında , istərsə də hansısa bir hobbi haqında olsun. 

3- Qadınların söylədiyi fikrə və etdiyi şeylərə müsbət geri dönüş etmək. Məsələn, yemək bişirəndə "yemək çox dadlı alınıb” və ya " bu gün çox gözəl görünürsən” deməyiniz qadınınızın gününü gözəlləşdirəcək. 

4- Kadınlar üçün bəzi şeylərin simvolik olaraq anlamı yüksəkdir. Bunlara hötmət etməyə çalışın. Məsələn, axşam yeməyi, aldığı yeni bir paltar və s. 

5- Xarakteriniz və duruşunuz olmalıdır. Öz qərarlarınız, öz istəkləriniz və öz istəkləriniz olsun. "Fərqi yoxdur” deyən kişilərdən olmamalısınız. 

6- Qadını əldə etdikdən sonra fərqli birinə çevrilmə. Tanımazdan öncə necə qəbul etmisənsə, elə də qal. 

7- Öz baxımınıza diqqət edin. Özünüzü sevməli və buna görə də öz baxımınıza diqqət etməlisiniz. 

8- Özünüzə qarşı sayğılı olun. Özünə sayğılı olan insana ətrafdakilar da sayğı göstərir. Özünü sevməyən bir insanı başqası da sevməz. 

9- Mübarizə ruhunda olmalı və dik dayanmağı bacarmalısınız. Məsuliyyətlərdən qorxub qaçmamalısınız. 

10- Nə istədiyinizi bilin və qərarlı biri olun. 

Oksana 

OXŞAR XƏBƏRLƏR