Günün qeyd olunmasında əsas məqsəd hemofiliya xəstəliyindən əziyət çəkən insanlara dəstək olmaq, onlara olan diqqət və qayğını göstərməkdir. Artıq bir nəçə ildir ki, Azərbaycanda da 17 aprel silsilə şəkilli tədbirlərlə yadda qalır.
Hemofiliyalı şəxslərə dəstək məqsədinə qoşulan birliklər arasında Qan Donorları Assosiasiyası İctimai Birliyi xüsusi fəallıq göstərərək 17 aprel "Qan ver yaşat" ! Şuarı altında qanvermə aksiyası ilə qeyd etdi. Digər qanvermələrdən fərqli olaraq növbəti qanvermə aksıyasına Təhsil Nazirliyinin Təhsil İdman Mərkəzinin Uşaq-Gənclər futbol məktəbi öz işçi kollektivi ilə qoşuldu. 3 saatdan çox davam edən qanvermə aksiyasında toplanan qanlar yaxın günlər ərzində irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində təmənnasız istifadə olunaqcaqdır.