"Qanlıgöl”də qanlı hadisə: ər arvadını öldürdü

"Qanlıgöl”də qanlı hadisə: ər arvadını öldürdü
SOSİAL
10:52 24.03.2017
8800
Bakıda qətl törədilib.

Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə "Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. 

Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.

Hadisəni törədən Ə. Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR