Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması üzrə əməliyyatlar davam edir

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması üzrə əməliyyatlar davam edir
KRİMİNAL
10:44 19.01.2026
346
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, yanvarın 17-də və 18-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 18 avtomat silahı, 4 tapança, 3 qumbara, 1 qumbaraatan, 30 tüfəng, 12 patron darağı və 492 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
OXŞAR XƏBƏRLƏR