“Qara bazar”da dollar bahalaşdı

İQTİSADİYYAT
11:42 06.09.2016
7448
Ölkə banklarının bir neçəsi dollar satışını həyata keçirdiyindən qıtlıq “qara bazar”da aktivliyə səbəb olub. Dünən günortadan sonra “qara bazar”da dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər hazırda da qalmaqdadır.
Hazırda qeyri-rəsmi bazarda 1 dollar 1,83 manata alınır. Dolların satış qiyməti isə 1,85 manatdır.
Ayrı-ayrı şəxslərin əlində olan dollar kütləsinin həcmi isə elə də böyük deyil, lakin bankların təklif etdiyi limitdən dəfələrlə yüksəkdir. Məlumatlara görə, “qara bazar”da 5 minə qədər dollar almaq mümkündür.
Fins.az

OXŞAR XƏBƏRLƏR