“Qarabağ” apelyasiya şikayəti etdi - Nurlan İbrahimova görə

“Qarabağ” apelyasiya şikayəti etdi - Nurlan İbrahimova görə
İDMAN
20:53 14.12.2020
718
"Qarabağ" klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun cəzası ilə bağlı apelyasiya məhkəməsinə şikayət edib.

AZXEBER.COM bildirir ki, bu barədə apasport.az saytına İbrahimov özü məlumat verib.

O bildirib ki, UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı tərəfindən verilən ömürlük cəza ilə bağlı apelyasiya müraciəti olunub. Qurumun 10-15 gün ərzində məsələyə baxması gözlənilir.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR