"Qarabağ" cavab oyununa çıxır - Çempionlar Liqası

"Qarabağ" cavab oyununa çıxır - Çempionlar Liqası
İDMAN
11:02 31.07.2019
2848
"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edəcək. Görüş yerli vaxtla saat 21:00-da start götürəcək.

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlmək niyyətindədir. "Qarabağ" bunu bacarsa, növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, məğlub olan komanda mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu
31 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya)
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu

OXŞAR XƏBƏRLƏR