"Qarabağ" hər kəsi şoka saldı

İDMAN
16:01 05.11.2011
1687
Bu gün Premyer Liqada II dövrənin I turunun daha 2 qarşılaşması keçiriləcək. Bu matçlardan biri Ağdamda, digəri Bakıda baş tutacaq.  Günün ilk görüşündə “Qarabağ” “Sumqayıt Şəhər”i qonaq edəcək. Ağdamda ardıcıl 2-ci oyuna çıxacaq Qurban Qurbanovun yetirmələri debütantdan I dövrədəki nəticənin əvəzini çıxmağa çalışacaqlar. Belə ki, Sumqayıtdakı oyunda gözlənilmədən vacib 2 xal itirən “Qarabağ” bu dəfə yalnız qələbə üçün mübarizə aparacaq. Lakin “Sumqayıt Şəhər” də bütün milli çempionatımızın iştirakçısı olan rəqiblə görüşə yüksək əhval-ruhiyyədə çıxacaq. Çünki uzun müddətdir qələbə üzünə həsrət qalan debütant ötən həftə birdən-birə 2 dəfə buna nail oldu. Bu, əvvəl ölkə kubokunda, ardından çempionatda reallaşdı. Bu qarşılaşma başa çatdıqdan sonra AZAL - “Qəbələ” görüşünə start veriləcək. Toni Adamsın yetirmələrinin son turda evdə “Simurq”a uduzmaqla, azarkeşlərini üzdüyünü nəzərə alsaq, onların Bakıya bu məğlubiyyəti unutdurmaq üçün gəldiyini proqnozlaşdırmaq olar. AZAL-da psixoloji durum yaxşı olmamağı da qonaqların xeyrinə olan amildir. Bundan əlavə, Toni Adams “Qəbələ”nin baş məşqçisi kimi nəhayət, AZAL-a qalib gəlməlidir. Komandalar arasında son 3 oyun bərabərliklə nəticələnib.5 noyabrAZAL - "QƏBƏLƏ" - 0:0 Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov. Bakı. "AZAL Arena" stadionu. Bakıdakı oyunların balansı – 5 oyun: +3=1-1 (8-5). 2006/07 – 3:1, 2007/08 – 2:0, 2008/09 – 1:0, 2009/10 – 0:2 (təsnifat), 2010/11 – 2:2. (təsnifat) I dövrədəki oyun – 1:1."QARABAĞ" - "SUMQAYIT ŞƏHƏR" - 1:2QOLLAR: Leonardo Roşa, 90+1 - Kamil Nurəhmədov, 20, Murad Səttarlı, 71 Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov. Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Komandalar Ağdamda ilk dəfə görüşəcəklər. I dövrədəki oyun – 0:06 noyabr14:00. "TURAN" - "İNTER" Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski. Tovuz. Şəhər stadionu. Tovuzdakı oyunların balansı – 10 oyun: +3=0-7 (7-22). 1999/00 – 2:1, 2000/01 – 3:1, 2003/04 – 0:3 (texniki məğlubiyyət), 2004/05 – 1:0, 2005/06 – 0:1, 2006/07 – 1:7, 2007/08 – 0:4, 2008/09 – 0:1, 2009/10 – 0:1 (təsnifat), 2010/11 – 0:3 (təsnifat). I dövrədəki oyun – 0:1.14:30. "NEFTÇİ" - "XƏZƏR LƏNKƏRAN" Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Bakıdakı oyunların balansı – 9 oyun: +3=5-1 (8-6). 2004/05 – 2:1, 2005/06 – 2:2, 2006/07 – 1:0, 2007/08 – 0:1, 2008/09 – 2:1, 2009/10 – 0:0 (təsnifat), 0:0 (“altılıq”), 2010/11 – 0:0 (təsnifat), 1:1 (“altılıq). I dövrədəki oyun – 0:1.4 noyabr"KƏPƏZ" - "BAKI" - 1:3QOLLAR: Armand Feutchine, 72 - Uinston Parks, 16, Deividas Çesnauskis, 43, Aleksandar Soliç, 66 Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov. Gəncə. Şəhər stadionu. Gəncədəki oyunların balansı: 9 oyun: +3=1-5 (11-15). 1997/98 – 1:1, 1998/99 – 2:0 (təsnifat), 3:1 (“altılıq”), 1999/00 – 2:0, 2000/01 – 1:2, 2003/04 – 1:4, 2004/05 – 0:2, 2005/06 – 0:2, 2010/11 – 1:3 (təsnifat). I dövrədəki oyun – 3:0. "RƏVAN" - "SİMURQ" - 1:1QOLLAR: Samuel Barlay, 15 - Andrey Rubin, 72Qırmızı vərəqə: Ekrem Hodziç, 56 (2-ci sarı, “Rəvan”), Vasili Yanotovski, 63 (2-ci sarı, “Simurq”) Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev. Bakı. “Dalğa Arena” stadionu. Komandalar Bakıda ilk dəfə görüşəcəklər.

OXŞAR XƏBƏRLƏR