Qarabağ münaqişəsi gərginləşə bilər –İsveçrə XİN

SOSİAL
15:26 11.04.2016
1759
“Bu ayın əvvəlində Dağlıq Qarabağda yaranan gərginlik Rusiyanın səyləri ilə sabitləşib”.
Bunu İsveçrənin xarici işlər naziri Didye Burkhalter Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, regionda vəziyyət mürəkkəb olaraq qalır: “Münaqişənin yenidən gərginləşməsi təhlükəsi var. Hesab edirik ki, münaqişənin nizamlanması üçün dialoq prosesi strukturlaşdırılmalıdır. Lakin dialoq prosesi hələ ki, ciddi strukturlaşdırılmayıb və bunun üçün ciddi çalışmaq lazımdır”.
///Azvision.az

OXŞAR XƏBƏRLƏR