"Qarabağ" və "Neftçi"nin potensial rəqibi nə vaxt bilinəcək?

"Qarabağ" və "Neftçi"nin potensial rəqibi nə vaxt bilinəcək?
İDMAN
14:46 02.08.2019
3993

Avrokuboklarda pley-off mərhələsinin püşkünün vaxtı açıqlanıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, avqustun 5-də İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İlk olaraq Çempionlar Liqasının püşkü atılacaq ki, bununla da təmsilçimiz "Qarabağ"ın pley-offdakı potensial rəqibi məlum olacaq.

Avropa Liqasının püşkatması isə saat 15:00-da başlayacaq. Bu püşklə  "Neftçi"nin potensial rəqibi bəlli olacaq.

Qeyd edək ki, "Qarabağ" pley-offa çıxmaq üçün 3-cü mərhələdə Kiprin APOEL klubunu, "Neftçi" isə İsrail təmsilçisi "Bney Yehuda"nı mübarizədən kənarlaşdırmalıdır.

OXŞAR XƏBƏRLƏR