"Qarabağ" və "Neftçi"nin sabiq legioneri 4-cü liqa klubuna keçib

"Qarabağ" və "Neftçi"nin sabiq legioneri 4-cü liqa klubuna keçib
İDMAN
19:33 15.11.2021
324
"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye karyerasını Polşanın "Veçista" komandasında davam etdirəcək.

Haitili yarımmüdafiəçi Krakov təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. Sözləşmənin müddəti yayda daha 1 il uzadıla bilər.

32 yaşlı oyunçu 4-cü liqa klubunda 96 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"ın şərəfini qoruduqdan sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr "Apollon"u olub.
OXŞAR XƏBƏRLƏR