“Qarabağ” növbəti mərhələdə

“Qarabağ” növbəti mərhələdə
İDMAN
22:48 31.07.2019
4433
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" II təsnifat mərhələsinin cavab matçında "Dandolk"u qəbul edib.
 
AZXEBER.COM xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Atlılar"ın qollarına komandanın yeni transferləri imza atıb. 12 və 87-ci dəqiqədə Xayme Romero fərqlənib, digər qolu isə 76-cı dəqiqədə Aylton Silva vurub.

Xatırladaq ki, bu komandaların Dublində keçirilən oyunu 1:1 hesabı ilə başa çatmışdı.
OXŞAR XƏBƏRLƏR