"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi

"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi
İDMAN
13:41 31.08.2025
1028
"Qarabağ" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yer alıb.

Ağdam təmsilçisinin rəqiblərinə qarşı ev matçlarının keçirəcəyi stadion olaraq Tofiq Bəhramov adına Respublika Stadionu göstərilib.

Qeyd edək ki, Liqa mərhələsində "Qarabağ"ın səkkiz rəqibi olacaq. Bunlar "Çelsi" (evdə), "Liverpul" (səfərdə), "Ayntraxt" (evdə) "Benfika" (səfərdə), "Ayaks" (evdə), "Napoli" (səfərdə), "Kopenhagen" (evdə) və "Atletik Bilbao" (səfərdə) klublarıdır.
OXŞAR XƏBƏRLƏR