"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək və bu gün rəqibləri bəlli olacaq.
AZXEBER.COM xəbər verir ki, məlumata görə, püşkatma mərasimi Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə "Qarabağ" rəhbərliyi də iştirak edəcək.
Liqa mərhələsində Ağdam klubu səkkiz rəqiblə qarşılaşacaq, oyunların dördü Bakıda, dördü isə səfərdə baş tutacaq.
Xatırladaq ki, turnirin əsas mərhələsində 36 komanda mübarizə aparacaq.