Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşacaq.
İrlandlar birinci təsnifat mərhələsində Latviyanın "Riqa" klubunu yalnız penaltilər seriyasında məğlub edə bilib.
Qeyd edək ki, "Qarabağ" ilk təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdırıb.