Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı qolu müəyyənləşib.
AZXEBER.COM xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasındakı aparılan sorğunun nəticəsinə görə, "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borqesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib. Həmin qol 52-ci dəqiqəyə təsadüf edib.
Braziliyalı yarımmüdafiəçi 90+4-cü dəqiqədə də fərqlənərək, dubl müəllifi olub.
Qeyd edək ki, "Qarabağ" rəqibini 4:1 hesabı ilə məğlub edib.
Həmin qola videonun 1.55-ci dəqiqəsindən etibarən baxa bilərsiniz.