Bakı şəhərinin Qaradağ rayonunda "Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.