Qarın ağırlığına tab gətirməyən ev uçdu - Azərbaycanda

Qarın ağırlığına tab gətirməyən ev uçdu - Azərbaycanda
SOSİAL
13:25 14.02.2017
792

 

Masallıda yaşayış evi uçub.

Hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus birmərtəbəli ev qarın ağırlığına tab gətirməyib, evin arxa divarı uçub.
 
Evdə 26 nəfərin yaşadığı bildirilir.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.

//APA
OXŞAR XƏBƏRLƏR