Qaxda gölə düşən traktorun sürücüsü ölüb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndində baş verib.
Belə ki, kənd sakini Adil İsaq oğlu Bayramov sahədə iş görən zaman traktorla birlikdə gölə düşüb. Traktordan çıxa bilməyən sürücü boğularaq ölüb.
A.Bayramovun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.