Qaxda motosiklet aşıb, xəsarət alanlar var

Qaxda motosiklet aşıb, xəsarət alanlar var
HADİSƏ
21:05 08.06.2025
227
Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 20:00 radələrində Qax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet idarəetməni itirərək aşıb.

Qəza nəticəsində motosiklet sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR