Qayın yeznəni bıçaqladı

Qayın yeznəni bıçaqladı
KRİMİNAL
10:00 16.09.2013
2780

Bu gün Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb. Siyəzən şəhəri Tofiq İsmayılov 5, mənzil 11 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Cəbiyev Azər Cəmaləddin  oğlu bıçaqlanıb.

O, dərhal Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Xəsarət alan şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun xəsarəti daxilə nüfuz etmədiyindən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Siyəzən rayon Polis Şöbəsindən verilən məlumata görə, Azər Cəbiyev qaynı Əmrulla  adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin  münaqişə zəmnində baş verdiyi bildirilir. Keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalar davam etdirilir.//apa

OXŞAR XƏBƏRLƏR