Qayınana 15 kilo arıqladı - Böyrəyini kürəkəninə verdi

Qayınana 15 kilo arıqladı - Böyrəyini kürəkəninə verdi
SOSİAL
13:06 01.04.2026
276
Türkiyənin Manisa şəhərində 71 yaşlı Fatma Solmaz, böyrəkləri sıradan çıxan kürəkəni Şeref Ardilə böyrəyini bağışlamaq üçün 9 ayda 15 kilo arıqlayıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 89 kilodan 74 kiloya düşüb.

18 aylıq müalicədən sonra Ardilə 30 illik həyat yoldaşı Nurşen Ardilin anası Fatma Solmazdan böyrək köçürülüb.
 
Əməliyyatdan cəmi 3 gün sonra evə buraxılan Fatma Solmaz evə sağlam qayıtdı.

30 illik evliliyi dövründə qayınanası ilə heç bir problem yaşamadığını bildirən Ardil, "2017-ci ildə bioloji anamı itirdim. Qayınanam sağlamlığımı bərpa etdi, ona nə qədər təşəkkür etsəm azdır" deyə bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR