Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var

Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var
SOSİAL
22:09 19.06.2021
460
Qazax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində Qazax rayon Kəmərli kənd sakini, 1994-cü il təvəllüdlü Elmir Qaragözov xəsarət alıb.

O, xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR