Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürdü

Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürdü
HADİSƏ
09:32 21.07.2025
207
Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücülük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq edilir.
OXŞAR XƏBƏRLƏR