Qazaxda traktorda meyit tapıldı

Qazaxda traktorda meyit tapıldı
HADİSƏ
14:46 13.07.2025
399
Qazaxda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb.
Ağstafa rayon sakini S.Qurbanovun meyiti özünə məxsus olan traktorda tapılıb. 

İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürəktutması olub. O traktorla əkin işləri görürmüş.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR