Qazaxıstan Azərbaycan üzərindən neft nəqlini artıracaq - VİDEO

Qazaxıstan Azərbaycan üzərindən neft nəqlini artıracaq - VİDEO
SOSİAL
13:06 13.04.2023
135
"Qazaxıstan nefti dünya bazarına "Bakı-Tbilisi-Ceyhan” neft kəmərilə yanaşı, Bakı-Supsa boru xətti vasitəsilə çıxarılacaq”.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai TV-yə müsahibəsində bildirib.
 
"Artıq kifayət qədər həcmdə, ildə 1,5 milyon ton Qazaxıstan mənşəli neftin "Bakı-Tbilisi-Ceyhan” boru xəttinin imkanlarından istifadə etməklə nəqlinə başlanılıb. Qazaxıstanda növbəti illərdə neft istehsalının həcminin artması proqnozlaşdırılır. Bu mənada Bakı-Supsa boru xəttinin imkanlarından da istifadə etmək planlaşdırılır”, – deyə nazir qeyd edib.
 
Mikayıl Cabbarov bildirib ki, hazırda Azərbaycanın "SOCAR” və Qazaxıstanın "KazMunayQaz” şirkətləri, o cümlədən aidiyyatı qurumlar tərəfindən bu istiqamətdə danışıqlar aparılır. Daha bir ixrac marşrutundan istifadə edilməsi Qazaxıstan neftinin Azərbaycandan tranzit həcmini dəfələrlə artırmağa imkan verəcək. "Həcm barədə bu gün dəqiq rəqəm söyləmək erkəndir. Amma biz mövcud olan həcmdən dəfələrlə artıq həcmdə neftin nəqli imkanlarını müzakirə edirik”, - deyə nazir əlavə edib.

Hazırda Qazaxıstan Azərbaycanın boru kəmərləri vasitəsilə neft ixracını artırmaq üçün liman və dəniz infrastrukturunu gücləndirir.
OXŞAR XƏBƏRLƏR