Qazaxıstan çempionu Çempionlar Liqasının pley-offuna vəsiqə qazandı

Qazaxıstan çempionu Çempionlar Liqasının pley-offuna vəsiqə qazandı
İDMAN
01:23 13.08.2025
978
Qazaxıstanın "Kayrat" futbol komandası Slovakiya "Slovan"ına qalib gələrək Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

AZXEBER.COM xəbər verir ki, Bratislavanın "Slovan”ı ilə Almatı təmsilçisi "Kayrat” arasında Çempionlar Liqası turnirinin seçmə oyunu keçirilib. 

İlk görüş Almatıda keçirilib və Qazaxıstan komandasının minimal üstünlüyü (1:0) ilə başa çatıb.

İkinci görüşdə isə ev sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Oyun sonrası penaltılarda qalib gələn "Kayrat” tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. 

Onlar pley-offda Şotlandiyanın "Seltik” klubu ilə qarşılacaq. 

Qeyd edək ki, pley-off matçları 19-20 və 26-27 avqustda təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR