'Qəbələ' 'Qalatasaray'ı məğlub etdi

İDMAN
15:13 23.04.2012
1594

III Beynəlxalq Kuşadası Turnirində 1/4 finala qədər uğurla irəliləyən "Qəbələ" U-14 bu mərhələdə büdrəyib. 1/4 finalda “Aydınspor"la qarşılaşan təmsilçimiz məğlubiyyətdən qaça bilməyib.

Komandamızın 2:4 hesabı ilə uduzduğu görüşdə qollara Coşqun Süleymanov və Fərid Nəbiyev imza atıblar. 5-8-ci yerlər uğrunda qarşılaşmada “Qalatasaray”la oyun qolsuz bərabərliklə nəticələnsə də, penaltilər seriyasında “Qəbələ” üstün olub (3:1. Qollar: Fərid Nəbiyev, Turan Manafov, Coşqun Süleymanov). "Qəbələ" bu gün 5-ci yer uğrunda qarşılaşmaya çıxacaq.

OXŞAR XƏBƏRLƏR