"Qəbələ" "Zirə"yə qalib gəldi

"Qəbələ" "Zirə"yə qalib gəldi
İDMAN
21:14 25.08.2025
331
Misli Premyer Liqasında II tura yekun vurulub.

AZXEBER.COM xəbər verir ki, turun sonuncu oyununda "Qəbələ" "Zirə"ni qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Nicat Əliyev (16) fərqlənib. Bölgə təmsilçisinin qollarını isə Ceyhun Nuriyev (35, 45+1) vurub.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında "Neftçi” "İmişli” ilə qolsuz bərabərə qalıb. "Sumqayıt” "Qarabağ”ı (1:0), "Karvan-Yevlax” "Kəpəz”i (3:2), "Sabah" "Şamaxı"nı, "Araz-Naxçıvan" "Turan Tovuz"u (hər ikisi 2:1) məğlub edib.
OXŞAR XƏBƏRLƏR