Qəbələdə 76 min fındıqdan hazırlanan tar - FOTO

MƏDƏNİYYƏT
20:25 30.07.2015
2370
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı mədəniyyətimizin təbliği baxımından mühüm hadisədir. Festivalın keçirildiyi Heydər Əliyev Konqres zalının həyətində simvolik tar maketinin qoyulmasının əsas məqsədi də elə qədim Azərbaycan tarını tanıtmaqdır.AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, 76 min fındıqdan hazırlanan tarın hündürlüyü 5 metr, eni 1,20 santimetrdir. On gün müddətinə ərsəyə gələn tarın üzərində 8 nəfər çalışıb. Aləti hazırlayan ustalardan biri - Aslan Kazımov deyir ki, tarın maketi üzərinə yapışdırılan fındıqların bir hissəsi, daha doğrusu, ağ rəngdə olanlar qovrulub, qalan hissələr isə qabıqlı fındıqlardır. Ustalar gecə-gündüz dayanmadan çalışıblar ki, Azərbaycanın bu milli alətini festivalın açılışına çatdırsınlar və çatdırıblar da.Tarın düzəldilməsində usta Asim Ağasəfovun da zəhməti olub. O deyir ki, Qəbələ qoz, fındıq, şabalıd kimi çərəzləri ilə məşhurdur. Odur ki, simvolik olaraq fındıqdan istifadə edilib. Festivala gələn xarici qonaqlar və musiqiçilər diqqəti cəlb edən bu tarla maraqlanır, onun yanında xatirə şəkli çəkdirirlər.

OXŞAR XƏBƏRLƏR