Qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 2 nəfər saxlanıldı

DÜNYA
12:31 12.09.2024
110
Bazardan aldıqları şişmə qayıqla avar çəkərək Yunan adalarını keçməyə çalışan iki nəfər yaxalanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bodrum bölgəsində baş verib.
 
Belə ki, bodrum sahillərində qeyri-qanuni mühacirlərin olması xəbrədarlığı ilə Sahil Mühafizə Botu (KB-35) bölgəyə yola düşüb.
 
Rezin qayıqda olan bir nəfər immiqrant saxlanılıb. Bundan əlavə, qanunsuz olaraq ölkəni tərk etməyə cəhd edən başqa bir nəfər də tutulub.
 
Gəmidən endirilən immiqrant polis idarəsinə aparılarkən, qeyri-qanuni yollarla ölkəni tərk etməyə cəhd edən digər 1 nəfər Türkiyə vətəndaşı şəxs də saxlanılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR