Qəzzada aclıq səbəbindən 20 nəfər öldü

Qəzzada aclıq səbəbindən 20 nəfər öldü
DÜNYA
13:07 07.03.2024
132
Qəzzada ölümlər davam edir.

AZXEBER.COM xəbər verir ki, Qəzzada 153 gündür davam edən hücumlarda insanlıq faciəsi yaşanır.

Humanitar yardımın əngəlləndiyi bölgədə insanlar indi aclıqdan ölməyə başlayır. Qəzzanın şimalındakı Beyt Lahiya bölgəsində yaşayan fələstinlilər yemək, içmək, sığınacaq kimi çətinliklərlə həyata tutunmağa çalışırlar.

Aclıqdan ölən insanlarla bağlı Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.

Açıqlamada Qəzza zolağında aclıq və susuzluqdan daha 2 nəfərin həyatını itirdiyi bildirilib. Aclıq və susuzluqdan ölənlərin sayının 20-yə yüksəldiyi qeyd edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR