Çinin xarici işlər naziri Vanq Yi İsrailin hücumuna məruz qalan Qəzza ilə bağlı danışıb.
AZXEBER.COM xəbər verir ki, Vanq Yi Çinin Ümumçin Xalq Nümayəndələri Konqresinin illik ümumi yığıncağı çərçivəsində paytaxt Pekində keçirilən "Çinin xarici siyasəti və xarici əlaqələri” adlı mətbuat konfransında çıxış edib.
O, Qəzzada baş verənlərin qarşısının alına bilməməsini "ayıb” adlandırıb. Davam edən hücumların artıq 100 mindən çox mülki vətəndaşın itki və yaralanmasına səbəb olduğuna və saysız-hesabsız günahsız insanın dağıntılar altında öldüyünə diqqət çəkib:
"XXI əsrdə bu humanitar böhranın qarşısının alınmaması bəşəriyyətin faciəsi və sivilizasiyanın rüsvayçılığıdır. Bu münaqişənin uzadılmasına və mülki əhalinin öldürülməsinə heç nə haqq qazandıra bilməz”, - deyə o, açıqlamasında bildirib.
Ayşən