Qəzzada ölənlərin sayı 21 min nəfəri keçdi

Qəzzada ölənlərin sayı 21 min nəfəri keçdi
DÜNYA
19:11 27.12.2023
179
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 21 mini keçib, 55 mindən çox insan isə yaralanıb.

Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hazırda ölənlərin sayı 21 110 nəfərə çatıb, 55 243 nəfər yaralanıb.

Məlumata görə, son 24 saat ərzində 195 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR