Qəzzada ölənlərin sayı 40 minə çatdı

Qəzzada ölənlərin sayı 40 minə çatdı
DÜNYA
14:14 05.08.2024
113
İsrailin ölüm yağdırdığı Qəzzada can itkisi 39 min 623-ə yüksəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin tərəfindən İsrailin Qəzza zolağına 304 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.
 
İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 3 qırğın törətdiyi vurğulanan açıqlamada, son gündə hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 71 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Açıqlamada, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 39 min 623, yaralıların sayının isə 91 min 469-a yüksəldiyi bildirilib.
 
Həmçinin qeyd edilib ki, dağıntılar altında və yol kənarında hələ də ölənlər mövcuddur. Lakin İsrail qüvvələrinin maneəsi üzündən tibbi yardım qruplarının cəsədlərə çata bilmədikləri vurğulanıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR