Qəzzada ölənlərin sayı 42 min 65-ə yüksəldi

DÜNYA
14:36 10.10.2024
283
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 55 nəfər artaraq 42 min 65-ə çatıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 370 gündür Qəzza zolağında həyata keçirdiyi soyqırımla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücum nəticəsində 55 nəfərin öldüyü, 166 nəfərin yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 42 min 65-ə, yaralıların sayının isə 97 min 886-ya yüksəldiyi qeyd edilib.

Gülay
OXŞAR XƏBƏRLƏR