Qəzzadan 100 min insan BƏƏ-yə təxliyə edilib - ÜST açıqladı

Qəzzadan 100 min insan BƏƏ-yə təxliyə edilib - ÜST açıqladı
DÜNYA
14:57 12.09.2024
151
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzadan 100-ə yaxın insanın Birləşmiş Ərəb Əmirliklərinə təxliyə edildiyini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu ÜST-nin nümayəndəsi Riçard Piperkorn deyib.
 
O bildirib ki, sözügedən təxliyə 2023-cü ilin oktyabrından bəri Qəzzadan ən böyük təxliyə olub.
  
"Qəzzanın tibbi dəhlizlərə ehtiyacı var. Bizə daha yaxşı təşkil edilmiş və dayanıqlı sistem lazımdır" - deyə nümayəndə bildirib.

ÜST nümayəndəsi əlavə edib ki, 10 mindən çox qəzzalını transplantasiya gözləyir.

Təşkilat həmçinin Qəzzada poliomielit əleyhinə peyvənd kampaniyasısı istiqamətində görülən işlərə nail olunduğunu açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR