Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzadan 100-ə yaxın insanın Birləşmiş Ərəb Əmirliklərinə təxliyə edildiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu ÜST-nin nümayəndəsi Riçard Piperkorn deyib.
O bildirib ki, sözügedən təxliyə 2023-cü ilin oktyabrından bəri Qəzzadan ən böyük təxliyə olub.
"Qəzzanın tibbi dəhlizlərə ehtiyacı var. Bizə daha yaxşı təşkil edilmiş və dayanıqlı sistem lazımdır" - deyə nümayəndə bildirib.
ÜST nümayəndəsi əlavə edib ki, 10 mindən çox qəzzalını transplantasiya gözləyir.
Təşkilat həmçinin Qəzzada poliomielit əleyhinə peyvənd kampaniyasısı istiqamətində görülən işlərə nail olunduğunu açıqlayıb.
Mikayıl